
İspaniyanın "Elçe" klubunun futbolçusu Nikolas Fernandes Merkau Rusiyanın "Krasnodar" komandasına keçməkdən imtina edib.
Sportnet.az xəbər verir ki, bu barədə jurnalist German Qrov məlumat yayıb.
Mənbənin məlumatına görə, “öküzlər” qarşı tərəflə Fernandesin transferini 8 milyon avroya razılaşdırıb. Lakin argentinalı yarımmüdafiəçi Ukrayna ilə müharibə səbəbindən Rusiyaya köçmək istəməyib.
Qeyd edək ki, Nikolas Fernandes Merkau ötən mövsüm “Elçe”nin heyətində 36 oyun keçirib, 7 qol vur