UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə"yə rəqib olan Xorvatiyanın "Hayduk" klubu yeni transferə hazırlaşır.

 

Sportnet.az “index.hr” saytına istinadən xəbər verir ki, Split təmsilçisi “Qoritsa”dan ayrılan Kreşimir Krizmaniçlə maraqlanır.

 

24 yaşlı oyunçu azad agent statusuna malikdir.

“Hayduk” heyətinə yeni mərkəz müdafiəçisi qatmaq istəyir və Krizmaniç bu mövqe üçün ən əlverişli seçim hesab olunur.

Xorvatiyalı müdafiəçi ilə Cənubi Azərbaycanın “Traktor” komandası da maraqlanır. O, Təbriz təmsilçisinin baş məşqçisi Draqan Şkoçiçin rəhbərlikdən tələb etdiyi futbolçular siyahısında yer alıb.

 

Lakin İranda hərbi vəziyyət daha da gərginləşərsə, planlar, şübhəsiz ki, pozulacaq və “Hayduk”un Krizmaniçi transfer etmə şansları artacaq.

Qeyd edək ki, “Zirə” “Hayduk”la iyulun 23-də Bakıda, iyulun 31-də Splitdə üz-üzə gələcək.