
AFFA Əvəzedicilər Liqasının ləğvi ideyasından vaz keçib.
Sportnet.az-ın məlumatına görə, bu barədə İcraiyyə Komitəsinin iclasında qərar qəbul olunub.
AFFA-nın baş katibi Cahangir Fərəcullayev Əvəzedicilər Liqasında ötən mövsümün gedişi, komandaların vəziyyəti, statistik göstəriciləri barədə məlumat verib.
Məsələ ilə bağlı Klublar Komitəsinin rəyi dinlənilib. Əvəzedicilər Liqası ötən mövsüm olduğu kimi davam etdiriləcək.