
Bu gün ABŞ-də təşkil olunan FIFA Klublararası Dünya Çempionatının 1/8 final mərhələsinə start veriləcək.
Sportnet.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
İlk olaraq Braziliyanın iki təmsilçisi "Palmeyras"la "Botafoqo" üz-üzə gələcək.
Filadelfiyadakı "Lembo Fild" stadionunda baş tutacaq oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Günün digər matçında isə Portuqaliyanın "Benfika" klubu ilə İngiltərənin "Çelsi" komandası qarşılaşacaq.
Bakı vaxtı ilə saat 00:00-da start götürüləcək görüş Şarlottdakı "Bank of Amerika" stadionunda oynanılacaq.
FIFA Klublararası Dünya Çempionatı
1/8 final mərhələsi
28 iyun
20:00 "Palmeyras" (Braziliya) - "Botafoqo" (Braziliya)
00:00 "Benfika" (Portuqaliya) - "Çelsi" (İngiltərə)
Qeyd edək ki, FIFA Klublararası Dünya Çempionatının 1/8 final mərhələsi dörd günü əhatə edəcək.