
“Zirə” klubu Azərbaycan millisinin üzvü Rövlan Muradovu heyətinə qatıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ilə 2+1 illik müqavilə bağlanıb.
Qeyd edək ki, 27 yaşlı oyunçu karyerası ərzində “Qəbələ”, “Slaviya B” və “Sumqayıt”da çıxış edib.