
ABŞ-da təşkil olunan klublararası dünya çempionatında bu gün 1/4 final mərhələsinin son 2 oyunu keçiriləcək.
Sportnet.az xəbər verir ki, bu dəfə qarşılaşmalar Almaniya təmsilçilərinin iştirakı ilə baş tutacaq.
Rəqiblər isə elə Avropa klubları olacaq.
"Bavariya" UEFA Çempionlar Liqasının son qalibi Fransa PSJ-si ilə qarşılaşacaq. Atlanta şəhərindəki "Mersedes Bents" stadionunda oynanılacaq görüşü ingiltərəli baş hakim Entoni Teylor idarə edəcək.
Matçın start fiti Bakı vaxtı ilə saat 20:00-da çalınacaq.
Günün tamamında - saat 00:00-da isə "Borussiya Dortmund" və İspaniyanın "Real Madrid" komandaları arasındakı oyun başlanacaq. İst-Raterford şəhərindəki "Metlayf" stadionunda baş tutacaq qarşılaşmanı braziliyalı referi Ramon Abatti idarə edəcək.
Qeyd edək ki, bu görüşlərin qalibləri yarımfinalda bir-biriləri ilə üz-üzə gələcəklər. Digər yarımfinal matçı isə Braziliyanın "Fluminense" və İngiltərənin "Çelsi" komandaları arasında keçiriləcək.