
"Kəpəz" komandası daha bir futbolçu ilə güclənib.
Sportnet.az Gəncə klubunun rəsmi saytına istinadən xəbər verir ki, portuqaliyalı mərkəz müdafiəçisi Pedro Qomeslə 2 illik müqavilə bağlanılıb.
22 yaşlı oyunçunun son klubu vətənində "Boavişta" olub.
Qeyd edək ki, "Kəpəz" bu gün daha bir müdafiəçi Şakir Seyidovla da rəsmən anlaşıb.