
Sumqayıt" klubu istirahəti başa vurub. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komanda Premyer Liqanın 2015/2016 mövsümü üçün hazırlığa start verib.
"Kapital Bank Arena"da baş tutan ilk məşq günündə yeni transferlər - Ağabala Ramazanov, Emin Mehtiyev, Nuran Qurbanov və Məhəmməd Alıyev də iştirak edib. Komandanın növbəti məşqi bu gün saat 19:00-da start götürəcək. "Sumqayıt" iyulun 15-dən etibarən təlim-məşq toplanışına yığışacaq.
Qeyd edək ki, "Sumqayıt" klubu hazırlığın ilkin mərhələsi dövründə 3 yoxlama oyunu keçirəcək. Aqil Məmmədovun rəhbərlik etdiyi komanda iyulun 5-də "Kəpəz", 9-da U-19 millisi və 11-də AZAL-la üz-üzə gələcək.