
Özbəkistan Futbol Assosiasiyası (UFA) Azərbaycanla birlikdə 20 yaşadək futbolçular arasında 2027-ci il dünya çempionatını keçirməyə hazırdır.
Sportnet.az UFA-nın rəsmi saytına istinadən xəbər verir ki, son illər Özbəkistan stadionları beynəlxalq standartlara uyğun modernləşdiriliblər.
Bundan başqa, U-20 və U-23 Asiya turnirləri, eləcə də tarixdə ilk dəfə futzal üzrə dünya çempionatının Mərkəzi Asiyada məhz bu ölkədə təşkili əla təcrübə olacaq. Təsadüfi deyil ki, FIFA prezidenti Canni İnfantino bu yarışı dünya çempionatları tarixində ən yaxşısı adlandırıb.