
“Şamaxı” klubu heyətini daha bir legionerlə gücləndirib.
Sportnet.az "şirlər"in rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı futbolçu Sezar Enrike Dias Santosu heyətinə qatıb.
25 yaşlı müdafiəçi ilə bir illik müqavilə imzalanıb.
Xatırladaq ki, Enrike son olaraq Braziliyanın “Kaşiaş” klubunda çıxış edib.