
Azərbaycan I Liqasında çıxış edən "Mingəçevir" komandasının baş məşqçi postuna yeni təyinat gerçəkləşib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifə Pro kateqoriyalı mütəxəssis Ramiz Məmmədova həvalə olunub.
Təcrübəli mütəxəssislə 1 illik müqavilə imzalanıb. O, Füzuli Məmmədovu əvəzləyib.
Qeyd edək ki, "Mingəçevir" ötən mövsüm I Liqada 27 oyundan 35 xalla 4-cü yeri tutub.