
"Bilmirəm rəqib həmkarım mənimlə razılaşacaq, ya yox. Mövsüm öncəsi hazırlığımızın yekunu olaraq, komandamızda yorğunluq hiss olunurdu. Meydanda baş verənlər daha güclü komanda olduğumuzu göstərdi".
Sportnet.az xəbər verir ki, bunu Sloveniyanın "Tsele" komandasının baş məşqçisi Albert Riera Əlincə stadionunda (Bank Respublika Arena) "Sabah"ı 3:2 hesabı ilə məğlub etdikləri Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
İspaniyalı mütəxəssisin sözlərinə görə, "Sabah" fərdi səhvlərdən qol vurub: Bu, normal haldır, mən də oynadıqda top itirə bilərəm. Əsas məsələ bu yox, ideoloji oyundur. Mən bu baxımdan komandamdan razı qaldım. Fərdi səhvləri isə gələn oyunda aradan qaldıracağıq".
Riera komandasını qarşıda daha bir 90 dəqiqənin gözlədiyini bildirib: "Hələ sakitləşməyə səbəb görmürəm. Cavab görüşünə yenə 0:0-dan başlayırmışıq kimi hazırlaşacağıq".
Baş məşqçi bütün futbolçuların əhval-ruhiyyəsinin yaxşı olmasına çalışdığını bildirib: "David Hrka özünü xoşbəxt hiss edirsə, bu, bizi sevindirir. Hər bir oyunçuya eyni səviyyədə yanaşıram. İstər start heyətdə olsun, istər ehtiyatda".
O, penalti seriyasına da hazır olduqlarını, lakin futbolçularının beyninə bunu yeritmək istəmədiyini söyləyib: "Cavab görüşünə də yeni oyun kimi yanaşacağıq. Lakin penalti baş verərsə, biz buna da hazırıq".
Riera hər iki klubun geyimləri tünd rəngdə olduğundan, futbolçuların meydanda çətinlik çəkdiklərini bildirib: "Mən qazaxıstanlı referiyə bildirdim ki, bizdə ehtiyat geyim var. Qazaxıstanla Azərbaycan arasında yaxınlıq var. Mən də cavab görüşümüzü avstriyalı referinin idarə etməsini istəməzdim. Burada hansısa yaxınlığın olmasını istəməzdim".
Azərbaycanda işləmədiyini, bu səbəbdən, suala cavab verməsinin çətin olduğunu diqqətə çatdırıb: "