
“Sumqayıt" futbolçu Silvanus Nimeli ilə yollarını ayırıb.
Sportnet.az klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, “kimyaçılar” 26 yaşlı hücumçu ilə arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
Qeyd edək ki, Silvanus Nimeli 2024-cü ilin avqustundan "Sumqayıt"da çıxış edirdi. O, meydana çıxdığı 18 oyunda 1 qol vurub.