
“Neftçi” futbolçusu İsmayıl Zülfüqarlı ilə yollarını ayırıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
Qeyd edək ki, "Neftçi"də 2019/2020-ci illər mövsümündə debüt etmiş Zülfüqarlı “ağ-qara” formada 67 rəsmi oyun keçirib, 4 qol vurub.
O, paytaxt təmsilçisinin heyətində avrokubokarda qol vurmuş ən gənc futbolçu kimi də tarixə düşüb.