
“Neftçi” daha bir futbolçunu heyətinə qatıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ekvadorlu Cordan Rezabala ilə 2 illik müqavilə bağlanılıb.
25 yaşlı hücumameyilli yarımmüdafiəçi Ekvadorun “İndependyente” klubunun yetirməsidir. O, Meksika liqasında da çıxış edib. 2024-cü ilin fevralından 2025-ci ilin fevralınadək “Sumqayıt”ın formasını geyinmiş Rezabala bir müddət baş məşqçi Samir Abasovun rəhbərliyi altında da oynayıb. Yarımmüdafiəçi 17, 20 və 23 yaşadək futbolçulardan ibarət Ekvador millisinin şərəfini qoruyub, 2019-cu ildə o, U-20-nin heyətində Cənubi Amerika çempionu olub.