
İspaniyanın "Barselona" klubunun qapıçısı Mark-Andre ter Ştegen belindən əməliyyat edilib.
Sportnet.az Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, prosedur Fransada olub.
"Barselona" 33 yaşlı futbolçunun bərpa müddəti barədə məlumat verməyib. İspaniya KİV-i almaniyalı oyunçunun 3-4 aylıq sıradan çıxdığını bildirir.
Qeyd edək ki, Mark-Andre ter Ştegen ötən mövsüm cəmi 8 oyunda iştirak edib.