
İngiltərənin “Mançester Siti” klubu 22 yaşlı qapıçı Ceyms Traffordla güclənib.
Sportnet.az "şəhərlilər"in rəsmi saytına istinadən xəbər verir ki, “Börnli”dən alınan qolkiperlə 2030-cu ilin yayına qədər müqavilə bağlanılıb.
Mançester təmsilçisi bu keçid üçün “Börnli”yə 27 milyon funt sterlinq (təxminən 30,7 milyon avro) ödəyəcək.
Qeyd olunur ki, Trafford 2023-cü ilin yayına qədər “Mançester Siti”nin akademiya sistemində çıxış edib və həmin vaxt “Börnli” klubuna transfer olunub. O, geridə qalan mövsümdə Çempionşipdə 45 oyunda iştirak edib və bu matçların 29-da qapısını toxunulmaz saxlayıb.
Transfermarkt portalı futbolçunun bazar dəyərini 22 milyon avro olaraq qiymətləndirir.