
Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Qabriel Sara karyerasını yenidən İngiltərədə davam etdirə bilər.
Sportnet.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, "Aston Villa" 26 yaşlı yarımmüdafiəçi ilə maraqlanır.
Premyer Liqa təmsilçisi braziliyalı oyunçu üçün 20 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Qabriel Sara 2022-2024-cü illər aralığında İngiltərədə "Norviç"in uğurları üçün çalışıb. Onun İstanbul komandası ilə müqaviləsinin müddəti 2029-cu ilin yayınadək qüvvədədir.