
"Zirə” klubu məşqçisi Eltun Yaqublu ilə yollarını ayırıb.
Sportnet.az xəbər verir ki, bu barədə "qartallar"ın rəsmi səhifəsi məlumat yayıb.
34 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, Rəşad Sadıqov və Eltun Yaqublu arasında yaxın dostluq münasibətləri mövcuddur. Onlar futbolçu karyeraları dövründə “Neftçi” və “Qarabağ” klublarında komanda yoldaşı olublar. Eltun Yaqublu 2020-ci ildən etibarən Rəşad Sadıqovun məşqçi heyətində köməkçi kimi fəaliyyət göstərirdi.