
Azərbaycan Premyer Liqasının 1-ci turunda "Neftçi"nin qarşılaşacağı “Şamaxı” ilə matçın hazırlığı yekunlaşıb.
Sportnet.az xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.
“Ağ-qaralar” bu gün “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıb. Komandanın futbolçusu Edvin Kuç ötən mövsümdən cəzalı olduğu üçün bu görüşü buraxacaq.
Qeyd edək ki, avqustun 16-da “Palms Sports Arena”da (sabiq "Neftçi Arena" - red.) keçiriləcək “Neftçi” – “Şamaxı” oyunu saat 20:00-da başlanacaq.