
Azərbaycan Premyer Liqasının II turunda baş tutan “Kəpəz” – “Karvan Yevlax” matçında xoşagəlməz hadisə yaşanıb.
Sportnet.az-ın məlumatına görə, görüşün 67-ci dəqiqəsində əvəz olunan “Karvan Yevlax”ın futbolçusu Peter Kings “Kəpəz” azarkeşləri tərəfindən irqçi şüarlara məruz qalıb.
İrqçi ifadələr oyunçunun meydanı gec tərk etməsindən sonra səsləndirilib.
Qeyd edək ki, oyun "Kəpəz"in məğlubiyyəti ilə yekunlaşıb- 2:3.