
"Qarabağ" və Macarıstanın "Ferentsvaroş" komandaları arasındakı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşünə təyinat alan fransalı baş hakim Kleman Türpen karyerasında birinci dəfə Azərbaycana gələcək.
Sportnet.az xəbər verir ki, 43 yaşlı referi Ağdam komandasının oyununu ilk dəfə iş başında olacaq.
O, əvvəllər yalnız Azərbaycan millisinin Şimali İrlandiyaya qarşı səfər oyununu idarə edib. 2016-cı il noyabrın 11-də Belfastda keçirilmiş DÇ-2018-in seçmə matçında meydan sahibləri böyük hesabla qalib gəliblər - 4:0. Həmin oyunda meydanda olan milli üzvlərindən yalnız Bədavi Hüseynov hazırda "Qarabağ"da çıxış edir.
Əvəzində Türpen "Ferentsvaroş"un oyununu bir dəfə idarə edib. O, 22 febral 2024-cü ildə Macarıstanda keçirilmiş Konfrans Liqasının pley-off oyununda o, Məhəmməd Abu Fani və Barnabaş Varqaya sarı vərəqə göstərib. Oyun isə "Olimpiakos"un qələbəsi ilə yekunlaşıb - 1:0.
Qeyd edək ki, avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Ferentsvaroş" oyunu saat 20:45-də başlanacaq.