
İspaniya "Real Madrid"inin futbolçusu Rodriqo klubdakı gələcəyi ilə bağlı yekun qərar verib.
Sportnet.az-ın "The Athletic"ə istinadən məlumatına görə, braziliyalı hücumçu yay transfer dövrünün sonunadək "kral klubu"nu tərk edəcək.
24 yaşlı forvard karyerasını davam etdirməkdən ötrü bütün nümayəndələrinə ən qısa vaxtda yeni variantlar tapmalarını tapşırıb. Əvvəllər "sambaçı"ya İngiltərənin "Tottenhem" və "Liverpul" klubları maraq göstərib.
Qeyd edək ki, ötən mövsüm Rodriqo 54 matçda 14 qol və 11 məhsuldar ötürmə müəllifi olub. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayınadəkdir.