
İtaliyanın “Milan” klubunu futbolçusu Alessandro Florensi karyerasını bitirib.
Sportnet.az xəbər verir ki, 34 yaşlı müdafiəçi bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.
İtaliya millisi ilə AVRO-2020-nin qalibi olan oyunçu 2021-ci ildən “Milan”da çıxış edirdi. O, “rossoneri”lərlə İtaliya çempionu və ölkə Superkubokunun qalibi olub.
Qeyd edək ki, Alessio Florensi peşəkar karyerasının böyük hissəsini (2010-2022) keçirdiyi "Roma"nın yetirməsidir. O, Fransada PSJ, İspaniyada “Valensiya” və vətənində “Krotone” kimi klubların da şərəfini qoruyub.