
Quba Olimpiya İdman Kompleksində yeniyetmə futbolçular arasında beynəlxalq "Ulduz Cup" turniri keçirilib.
Sportnet.az xəbər verir ki, finalda "Neftçi" və Özbəkistanın "Paxtakor" komandaları üz-üzə gəlib.
4:3 hesabı ilə qalib gələn "Neftçi" turnirin qalibi olub. "Paxtakor" ikinci, Gürcüstanın "Dinamo Tbilisi" komandası üçüncü yeri tutub.
Mükafatları gənclər və idman naziri Fərid Qayıbov, AFFA-nın baş katibi Cahangir Fərəcullayev və Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov təqdim edib.
Gənclər və İdman Nazirliyi, AFFA və “Ulduz” Futbol Akademiyasının birgə təşkilatçılığı ilə Qubada 12 yaşlı futbolçular arasında keçirilən II “Ulduz Cup” beynəlxalq turnirində 8 komanda mübarizə aparıb. Azərbaycanı “Ulduz”, “Qarabağ”, “Sabah” və “Neftçi”, Türkiyəni “Trabzonspor məktəbi” və “Başakşəhər”, Gürcüstanı “Dinamo Tbilisi”, Özbəkistanı “Paxtakor” və “Bunyodkor”, Qırğızıstanı “Sduşorsi”, Qətəri “Aspire Akademiyası”, Qazaxıstanı isə “Şaxtyor Karaqandı” təmsil edib.