
“Araz-Naxçıvan” komandası UEFA Çempionlar Liqasının ilkin mərhələsində növbəti oyununu keçirib.
Sportnet.az xəbər verir ki, “qırmızı-ağlar” bu dəfə Şotlandiya çempionu "PYF Saltires"lə üz-üzə gəlib.
Baş məşqçi Yevgeni Kukseviç bu dəfə fərqli “5-lik”də mübraizəyə start verib.
Düzdür, 1-ci dəqiqə tamam olmamış rəqib hesabı açıb. Amma fasiləyə qədər Naxçıvan komandası 6 dəfə onları meydanın mərkəzinə dəvət edib.
Fasilədən sonra tam üstünlüyə sahib olan "Araz-Naxçıvan" hesab arasındakı fərqi qorumaqla növbəti böyükhesablı qələbəsini qazandı. Azərbaycan təmsilçisi qrupda son oyununu “Ljuti Krajişniçi”yə qarşı keçirəcək. Avstriya çempionu ilə görüş avqustun 30-da, saat 21:30-da başlayacaq.
19:00. PYF Saltires (Şotlandiya) – Araz-Naxçıvan - 2:7 (ilk yarı - 1:6)
Hakimlər: Vladimir Sebek, Qonçalo Felipe Santos Duarte, Aleksandar Vangelov (Bolqarıstan)
Time kepeer: Njeqos Vuçanoviç (Avstriya)
Hakim-inspektor: Talal Daravşi (İsrail)
UEFA nümayəndəsi: Radek Lobo (Çexiya)
Qollar: Qavin Ritchie, 0:56, Paul Simpson, 30:01 // Jean Perruzo, 5:44, 10:44, Alleks Rezende, 11:12, 27:26, Karlos Bertuola, 13:19, Luicci Longo, 17:11, 19:23
Sarı vərəqələr: Rövşən Hüseynli, 25:31
Lints (Avstriya). NMS İdman Sarayı.