
UEFA Avropa Liqasında çıxış edən Türkiyənin “Samsunspor” klubu turnirdəki mübarizəsini dayandırıb.
Sportnet.az xəbər verir ki, pley-off mərhələsinin cavab görüşündə Yunanıstanın “Panathinaikos” klubu ilə qarşılaşan türk təmsilçisi 0:0 hesabı ilə heç-heçə edib.
Lakin ilk oyunda 1:2 hesabı ilə məğlub olduğuna görə “Samsunspor” ümumi hesabda uduzub və Avropa Liqası ilə vidalaşıb.
"Samsunspor" mübarizəni Konfrans Liqasının Liqa mərhələsində davam etdirəcək.