
"Çətin proses oldu, amma başda klub prezidenti Ali Koç olmaqla, hər kəs yanımda oldu. Bu transferi mümkün kıldılar. Mən də çox istədim. Çempionluq üçün buradayam. Azarkeşlərimizə söz verirəm. Mən buraya çempionluq, çempionluğu ərməğan edə bilmək üçün gəldim. Bu transfer xeyirli olsun".
Sportnet.az-ın məlumatına görə, bunu Türkiyənin "Fənərbağça" klubunun Portuqaliya "Benfika"sından transfer etdiyi Kerem Aktürkoğlu deyib.
"Ölkənin ən böyük, ən şərəfli klubuna gəldim. Bundan sonra cameəmiz üçün "Fənərbağça" üçün əlimdən gələn hər şeyi verəcəyəm. İnanıram ki, sonu çempionluq olacaq", - deyə 27 yaşlı yarımmüdafiəçi əlavə edib.
Qeyd edək ki, Türkiyə millisində də çıxış edən Kerem Aktürkoğlu Portuqaliya "Benfika"sından 22,5 milyon avro transfer haqqı və 2,5 milyon avro bonus qarşılığında alınıb. O, Lissabon komandasına 3 sentyabr 2024-cü ildə "Fənərbağça"nın əzəli rəqibi "Qalatasaray"dan 12 milyon avroya keçib.