
“Biz 3 il ərzində addım-addım bu mərhələyə gəldik və sizin daim göstərdiyiniz dəstək bizim üçün böyük dəyər daşıyır. İmişlidə idmanın ön planda olması, sağlam həyat tərzinin təşviqinə xidmət etməsi çox təqdirəlayiqdir".
Sportnet.az-ın məlumatına görə, bunu "İmişli" klubunun prezidenti Kamran Eyyubov komandanın rayonun icra başçısı Elçin Rzayevlə görüşündə deyib.
O bildirib ki, klubun məqsədi Premyer Liqada sabit şəkildə qalmaq və komandanın layiqli çıxış etməsi üçün əllərindən gələni etməkdir: "Liqada cəmi 8 rayon komandasından biri bizik və bu, bizim üçün böyük məsuliyyətdir".
Eyyubov ev oyunlarını İmişlidə keçirmək istəklərini də dilə gətirib: "Ən böyük arzularımızdan biri də öz stadionumuzda oyunlarımızı keçirməkdir. İnanırıq ki, sizin dəstəyinizlə bu məsələni köklü şəkildə həll edəcəyik".