"Neftçi" klubu AFFA-nın İntizam Komitəsinin qərarına etiraz edib.
Sportnet.az-ın məlumatına görə, bununla bağlı "ağ-qaralar" açıqlama yayıb.
Rəsmi açıqlamada bildirilir: "AFFA İntizam Komitəsinin bugünkü iclasında çıxarılan qərara görə, Premyer Liqada III turun “Neftçi” – “Turan Tovuz” oyununun 55-ci dəqiqəsində birbaşa qırmızı vərəqə almış futbolçumuz İqor Ribeyro 3 oyun cəzalandırılıb, klubumuz isə 3000 manat cərimə edilib. “Neftçi” PFK olaraq bu qərarı ağır hesab edirik. Bu səbəbdən, İntizam Komitəsinin qərarından Apellyasiya Arbitraj Tribunalına klubumuz tərəfindən apellyasiya şikayəti ünvanlanıb".
Qeyd edək ki, oyun "Turan Tovuz"un qələbəsi ilə yekunlaşıb - 1:0.







































































