
"Kəpəz" klubunun İdarə Heyətinin toplantısında İlqar Nadiri ilə bağlı qərar verilməyib".
Bunu Sportnet.az-a açıqlamasında Gəncə təmsilçisinin Media və Marketinq Departamentinin direktoru Gəray Qiyasov deyib.
Onun sözlərinə görə, bu gün Nadiri postunda qalır: "Hələlik onunla əlaqədar qərar qəbul olunmayıb".
Qeyd edək ki, İlqar Nadirinin "Kəpəz"in əməliyyatlar üzrə rəhbəri vəzifəsindən istefaya göndərildiyi bildirilirdi.