
"Bu görüş bizim üçün əlavə motivasiya olacaq".
Sportnet.az-ın məlumatına görə, bunu "İmişli"nin kapitanı Azər Salahlı rayon rəhbərliyi ilə görüşündə deyib.
Dəvətə görə İmişlinin icra başçısı Elçin Rzayevə təşəkkür edən 31 yaşlı müdafiəçi növbəti oyunlara daha həvəslə və inamla hazırlaşaqlarını bildirib: "Qarşıdakı görüşlərdə də çox çalışaraq yaxşı nəticələr əldə edib, İmişlinin adını layiqincə təmsil edəcəyik".
"Sabah"a qarşı Azərbaycan Premyer Liqasının III tur matçında qələbə topunu vuran Abbas Ağazadə isə deyib: "İnanıram ki, komanda şəklində daha yaxşı nəticələr əldə edib, daha da irəli gedə biləcəyik".