
Türkiyənin "Fənərbağça" komandasının yeni baş məşqçisi müəyyənləşib.
Sportnet.az "Fanatik"ə istinadən xəbər verir ki, klub İsmail Kartala anlaşıb.
Təyinat İdarə Heyətinin bu gün keçiriləcək iclasında rəsmiləşəcək. Kartal Joze Mourinyonu əvəzləyəcək.
Qeyd edək ki, İsmail Kartal iki fərqli dönəmdə (2014-2015, 2022-2024) "Fənərbağça"da baş məşqçi kimi çalışıb. 64 yaşlı mütəxəssisin son iş yeri İranda "Persepolis" olub.