
Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün “Slovenia Nations Cup” yoldaşlıq turnirində üçüncü oyununa çıxıb.
Sportnet.az xəbər verir ki, U-19 sonuncu matçında Polşanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. “Çatez” stadionunda keçirilmiş görüş rəqib komandanın böyük hesablı qələbəsi ilə yekunlaşıb - 6:0.
Daha əvvəl Azərbaycanın U-21 yığması Avropa çempionatının seçmə oyununda Portuqaliyaya, əsas milli isə dünya çempionatının seçmə oyununda İslandiyaya uduzub - 0:5.
Qeyd edək ki, U-19 ilk iki görüşdə İslandiya və Farer adaları yığmaları üzərində 2:1 hesablı qələbə qazanıb.