
Moldova yığması tarixi ərzində ən ağır məğlubiyyətlə üzləşib.
Sportnet.az-ın məlumatına görə, bu, səfərdə Norveçə qarşı dünya çempionatının seçmə qrup mərhələsinin VI tur matçına təsadüf edib.
I qrupunun görüşü meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 11:1.
Daha əvvəl Moldova yığması DÇ-2022-nin seçmə oyununda Danimarkaya ən böyük hesabla uduzub. Bu, 2021-ci ilin martında baş verib - 0:8.
Qollardan 5-ni vuran Erlin Holann millidəki 45-ci matçında 48-ci qolunu vurub. İlk dəfə bu komandada penta-triki 77 il əvvəl - 1948-ci ildə Odd Van Sörensen edib.
Moldova yığmasının qapısında "Araz-Naxçıvan"da çıxış edən Kristian Avram sonadək durub. Qolların hamısını o buraxıb.