
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan millisinin sükanı arxasına keçəcəyinə dair iddialara reaksiya verib.
Sportnet.az-ın məlumatına görə, 43 yaşlı mütəxəssis jurnalistlərdən ona bir daha bu barədə sual ünvanlamamalarını xahiş edib.
O, milli barədə danışmayacağını bildirib: "Hər dəfə baş məşqçi seçiminin olacağı ehtimal ediləndə 2-3 nəfərə suallar ünvanlanır. Nə isə baş verəndə açıqlama verməklə şəxsən mən özümü ucuzlaşmış hiss edirəm. Bir dəfə şərh vermişəm və həmin vaxt bildirmişəm ki, bir daha bu mövzuya qayıtmayacağam. Sizdən çox xahiş edirəm ki, bu barədə sual verməyin".
Qeyd edək ki, Rəşad Sadıqova "Zirə"nin "Qarabağ"la səfərdə 1:1 hesablı heç-heçə etdiyi IV tur matçından sonra Azərbaycan millisinə dair 3 sualı cavablamaqdan imtina edib.