Apellyasiya Arbitraj Tribunalının (AAT) iclası keçirilib.
Sportnet.az xəbər verir ki, toplantıda “Neftçi”nin oyunçusu İqor Ribeyro barəsində AFFA İntizam Komitəsinin qəbul etdiyi qərardan verilən apellyasiya şikayətinə baxılıb.
Tribunal apellyasiya şikayətini təmin etməyib.
Avqustun 29-da Azərbaycan Premyer Liqasında III turun “Turan Tovuz”la ev oyununun 55-ci dəqiqəsində “Neftçi”nin heyətində çıxış edən İqor Ribeyronun təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalandırılıb, klubu 3 000 manat cərimələnib.
AAT AFFA İntizam Komitəsinin sentyabrın 3-də qəbul etdiyi bu qərarı qüvvədə saxlayıb.
Qərardan İsveçrənin Lozanna şəhərindəki İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilib.







































































