
Azərbaycan I Liqasında III tura start verilib.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə 3 görüş keçirilib.
Mərkəzi qarşılaşma Premyer Liqadan enən "Səbail" ilə II Liqadan yüksəlmiş "Şahdağ Qusar" arasında baş tutub.
"ASCO Arena"da 400 tamaşaçının izlədiyi matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları Yusif Nəbiyev 14-cü, Emin Rüstəmov 45-ci dəqiqədə vurub.
"Mingəçevir" eyni hesabla "Difai"ni yenib.
I Liqanın digər debütantı "Şəfa" isə "Cəbrayıl"ı darmadağın edib - 3:0.
Beləliklə, ardıcıl 3-cü qələbələrini qazanan "Şəfa" və "Səbail" hərəyə 6 xalla liderliklərini davam etdirir. "Mingəçevir" 6 xalla 3-cü yerdə gedir.
"Şahdağ Qusar" 3 xalla 5-ci, "Difai" 1 xalla 9-cu yerdə gedirsə, xalsız "Cəbrayıl" isə 10-cudur.
I Liqa, III tur
24 sentyabr (çərşənbə)
15:30. “Şəfa” – “Cəbrayıl” - 3:0
Qollar: Emin Zamanov, 50. Urfan İsmayılov, 80. Amir Ebrahimzade, 90+1
Hakimlər: Rövşən Rəcəbov, Nurlan Əhmədzadə, Aydın Bəxşiyev, Şamil İmanzadə
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Namiq Əliyev
Binə qəsəbə stadionu, 200 tamaşaçı
15:30. “Mingəçevir” – “Difai” - 2:0
Qollar: Cona Attukuaye, 73; 89
Hakimlər: Emin Əliyev, Safalı Ağayev, Rəşad Quliyev, Vüqar Həsənli
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Elman Musayev
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 500 tamaşaçı
18:00. “Səbail” – “Şahdağ Qusar” - 2:0
Qollar: Yusif Nəbiyev, 14. Emin Rüstəmov, 45
Hakimlər: İslam Məmmədov, Rasim Axundov, Orxan İbişov, Ruslan Quliyev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Elgiz Abbasov
“ASCO Arena”, 400 tamaşaçı
25 sentyabr (cümə axşamı)
15:30. MOİK – “Zaqatala”
Hakimlər: Kamran Əliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Əkbər Əhmədov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Seymur Səlimli
Binə qəsəbə stadionu
15:30. “Baku Sportinq” – “Şimal”
Hakimlər: Murad Səlimov, Səbuhi Əmrahov, Sənan Atayev, Namiq Bəkirov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Emin Cəfərov
Buzovna qəsəbə stadionu.