
İspaniyanın "Real Madrid" klubu ev oyunlarını keçirdiyi stadionun adını dəyişməyi qərara alıb.
Sportnet.az-ın məlumatına görə, arena "Santyaqo Bernabeu" yox, sadəcə, "Bernabeu" adlanacaq.
Məqsəd klubun tarixi prezidentinin adını istənilən kontekstdə daha başadüşülən etməkdən ibarətdir.
"Real Madrid" öz stadionunu çoxfunksiyalı əlamətdar qurğuya çevirmək niyyətindədir.
Artıq stadionun fasad hissəsində adının yazılmasına başlanılıb.
Qeyd edək ki, Santyaqo Bernabeu 1912 - 1927-ci illərdə "Real Madrid"in futbolçusu, 1926-1927-ci ilərdə baş məşqçisi, 1943 - 1978-ci illərdə prezidenti olub.