
"Qarabağ"ın futbolçusu Nəriman Axundzadə forma nömrəsini dəyişib.
Sportnet.az-ın məlumatına görə, 21 yaşlı hücumçu artıq 7 nömrəli forma ilə çıxış edir.
Bu, Axundzadənin ötən ay Azərbaycan millisinin düşərgəsində aldığı zədədən qayıdışından sonra baş verib.
"Qarabağ" həm təsnifat, həm də pley-off mərhələlərində gənc forvarddan 90 nömrəli futbolçu kimi yararlanıb. Hətta Liqa mərhələsi üçün göndərilmiş siyahıda onun forma nömrəsi 90 kimi göstərilib.
Axundzadə Azərbaycan Premyer Liqasının oyunlarına da artıq yeni forma ilə sifariş olunub. Əvvəllər bu nömrə Yassin Benziada olub.
Qeyd edək ki, Nəriman Axundzadə zədəsini bərpa etdikdən sonra ilk dəfə bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin II turunda Danimarka "Kopenhagen"inə qarşı oynayıb. O, 78-ci dəqiqədə Kamilo Duranın əvəzinə meydana daxil olub.