
2026-cı ilin dünya çempionu və "Qızıl top"un sahibi Fabio Kannavaro Özbəkistan milli komandasına baş məşqçi təyin olunub.
Sportnet.az Özbəkistan Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, italiyalı mütəxəssisə Eujenio Albarella, fiziki hazırlıq üzrə Troize Françesko və qapıçı məşqçisi Antonio Kimetti yardımçı olacaq.
52 yaşlı baş məşqçi ilə müqavilənin müddəti açıqlanmayıb.
Kannavaro millini ABŞ, Kanada və Meksikada keçiriləcək 2026-cı il dünya çempionatına hazırlayacaq.