
UEFA Çempionlar Liqasının əsas mərhələsində çıxış edəcək "Araz-Naxçıvan"ın yer aldığı VII qrupun oyunlarını idarə edəcək hakimlər müəyyənləşib.
Azərbayxan Futzal Federasiyasının mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, oyunlarda FİFA referiləri Viktor Şix (Fransa), Vasilika Kiuplea (Uels), Aslan Qalayev (Qazaxıstan) və İrmantas Kaprasovas (Litva) ədaləti qoruyacaq.
Miodraq Raduloviç (Monteneqro) UEFA nümayəndəsi, Nebojsa Paniç (Serbiya) və Sebastian Staviçki (Polşa) hakim-inspektor kimi fəaliyyət göstərəcək.
UEFA Çempionlar Liqası
VII qrup
29 oktyabr
22:00. "Araz-Naxçıvan" – "Yunayted Qalati" (Rumıniya)
Sala Sporturilor Dunarea.
30 oktyabr
19:00. "Araz-Naxçıvan" – "Differdanje 03" (Lüksemburq)
Sala Sporturilor Dunarea.
1 noyabr
18:00. Tigers Roermond (Niderland) – Araz-Naxçıvan
Sala Sporturilor Dunarea.