
Bu gün Yüksək Liqada I dövrənin sonuncu – V turun oyunları keçirilib.
Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, əvvəlcə autsayderlər "Lənkəran" və U-19 meydana çıxıb.
6:5 hesabı ilə qalib gələn U-19 cari mövsümdə aktivinə xal hesabını açıb.
Günün ikinci oyununda oktyabrın sonunda UEFA Çempionlar Liqasında çıxış edəcək “Araz-Naxçıvan” "Neftçi İK" ilə üz-üzə gəlib. 5:4 hesablı qələbə qazanan “Neftçi” vahid lider olub.
Nəhayət, “Baku Fire” "Şuşa"nı məğlubiyyətə uğradıb - 4:2.
Yüksək Liqa, V tur
14 oktyabr
13:00. Lənkəran – U-19 - 5:6
Hakimlər: Anar Fərəcov, Vüsal Balaşov, Nihad Bağırov
Hakim-inspektor: Ramiz Əsədov
Qollar: Məhəmməd Əliyev, 13:43, 22:08, 37:24, Pünhan Qasımzadə, 21:10 (ö/q), Ümid Qəhrəmanov, 32:17 // Nicat Əzizli, 6:22, 25:55, İsmayıl Əhmədov, 12:26, 29:37, Pünhan Qasımzadə, 14:11, Oqtay Mahmudzadə, 18:54
"Olimpik Star"
15:00. "Araz-Naxçıvan" – "Neftçi İK" - 4:5
Hakimlər: Knyaz Əmiraslanov, Əli Cəbrayılov, Kənan Məlikov
Hakim-inspektor: Əfqan Həmzəyev
Qollar: Peruzzo, 10:42, Aleks Da Silva, 14:04, 38:37, Lukas Dias Ramos, 39:16 (ö/q) // Lukas Dias Ramos, 22:20, 32:03, Allef Maiolli, 23:05, 37:40, Mehdi Ahanqari, 34:34
"Olimpik Star"
17:30. "Baku Fire" – "Şuşa" - 4:2
Hakimlər: Hidayət Feyzullayev, İmran Məhərrəmov, Rza Məmmədov
Hakim-inspektor: Elçin Səmədli
Qollar: Murad Quluzadə, 3:50, 23:16, Oktay Rüstəmli, 18:53, Kənan Manafov, 19:16 // Adil İsmayılov, 26:44, Rüstəm Bağırov, 32:38
"Olimpik Star".