
Uruqvay millisinin sabiq futbolçusu Dieqo Forlan xəstəxanalıq olub.
Sportnet.az El Periodico de Aragon"a istinadən xəbər verir ki, 46 yaşlı veteran hücumçu ölkəsində iştirak etdiyi turnirdə oyun zamanı 3 qabırğasını sındırıb.
40 yaşdan yuxarı futbolçular arasında keçirilən çempionatda "Old Boys" klubunun heyətindən yer alan Forlan "Old Kristians" komandasına 4:1 hesabı ilə qalib gəldikləri matçda xəsarət alıb. Xəstəxanaya yerləşdirilən sabiq hücumçunun bir müddət müalicə alacağı bildirilib.
Qeyd edək ki, karyerası ərzində "İndependyente" (Argentina), "Mançester Yunayted" (İngiltərə), "İnter" (İtaliya), "Atletiko", "Vilyarreal" (hər ikisi İspaniya) kimi klubların, həmçinin 2002–2014-cü illərdə Uruqvay millisinin formasını geyinmiş D.Forlan 2019-cu ildə peşəkar futbolla vidalaşıb.