
"Araz-Naxçıvan"ın və Moldova millisinin qapıçısı Kristian Avram səfərdə "Neftçi" ilə 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının VIII tur matçından sonra brifinq keçirib.
Sportnet.az-ın məlumatına görə, 31 yaşlı qolkiper əvvəlcə oyunu dəyərləndirib:
- Əzmkar heç-heçə oldu. Hər iki komanda irəli atılaraq, hücum etməyə çalışırdı. Lakin fikrimcə, bizim komanda orta sahədəki işin öhdəsindən yaxşı gəldi. Daha çox qol vurmaq imkanımız oldu. Bilmirəm pis haldır, yoxsa yox, amma imkanlarımızın hamısından yararlanmağımız alınmadı. Ona görə də növbəti matça hazırlaşacaq və indikindən də çox qol vurmağa çalışacağıq.
- Necə düşünürsünüz: 1 xal qazandınız, yoxsa 2 xal itirdiniz?
- Belə oyunda 2 xal itirdiymizi deməzdim. Lakin istərdik ki, qələbə olsun.
- "Neftçi"nin ikinci qolu vurduğu epizodda ofsayd var idimi?
- Mən bunu deyə bilmərəm. Əlbəttə, ofsaydın olduğunu söyləyərdim, amma qətiyyətlə söyləməyim çətindir. Həmin vaxt mən onlarla eyni xətdə yox, qapı xəttində idim. Buna görə də orada nə olduğunu bilmirəm. Bu, referinin səlahiyyətindədir və qərar da o verir.
- Moldova millisinin Estoniyaya qarşı son matçında oynamamağınız Norveçlə qarşılaşmada 11 top buraxmağınızla bağlı idi, yoxsa başqa səbəblər var idi?
- Bu sualı verməyi uzun müddət düşünmüsünüz? Olarmı bu sualı buraxasınız?