
"Araz-Naxçıvan"ın futbolçusu Ba-Muaka Simakala səfərdə "Neftçi" ilə 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının VIII tur matçından sonra Sportnet.az-a müsahibə verib. Almaniyalı hücumçu nəticədən narazılığını bildirməklə yanaşı,"dubl" etməsindən də danışıb:
- Oyunu necə dəyərləndirirsiniz?
- Komandanın oyunundan və vurduğum iki qoldan razıyam. Hücumçu olaraq hər zaman qol vurmaq istəyirsən, amma ən vacibi komandadır. Qol vurum və ya vurmayım, əsas olan komandanın qalib gəlməsidir.
– Vurduğunuz qolda oyundankənar vəziyyətin olmasına dair şübhələr var idi. Bu barədə nə deyə bilərsiniz?
- Bu barədə heç nə deyə bilmərəm, çünki bu, mənim işim deyil. Mən meydana çıxıram, vəzifəm futbol oynamaqdır. Bu işləri VAR həll edir, ona görə də bu, mənim işim deyil.
– Nəticədən narazısınız?
- Əlbəttə, həmişə qalib gəlmək istəyirəm. Amma bu, futboldur. Davam etmək lazımdır. Növbəti dəfə qalib gələrik.
– Bir xal qazandınız, yoxsa iki xal itirdiniz?
- Əlbəttə, iki xal itirdik. Dediyim kimi, həmişə qalib gəlmək istəyirəm. Amma yaxşı komandaya qarşı yaxşı oyun keçirdik, buna görə də nəticəni qəbul etməliyik.