“Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade böyük Avropa futbol turnirlərinin tarixində unikal uğura imza atıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, təcrübəli futbolçu üç fərqli oyunda — İsveçin “Hakken” (2023-cü il dekabr), Rumıniyanın FKSB (2025-ci il yanvar) və İspaniyanın “Atletik Bilbao” komandalarına qarşı matçlarda — hər birində 1-ci dəqiqədə qol vurmaqla tarixə düşüb.
Bu nəticə ilə Andrade Avropa turnirlərində üç fərqli oyunda ilk dəqiqədə qol vuran ilk futbolçu kimi adını futbol tarixinə yazdırıb:
-
Dekabr 2023 – “Qarabağ” - “Hekken” – UEFA Avropa Liqasının qrup mərhələsi
-
Yanvar 2025 – “Qarabağ” - FKSB – UEFA Avropa Liqasının Liqa mərhələsi
-
Oktyabr 2025 – “Qarabağ” - “Atletik” – UEFA Çempionlar Liqasının Liqa mərhələsi
Qeyd edək ki, "Qarabağ" "Atletik"lə görüşdə sonradan 3 top buraxaraq, Çempionlar Liqasının Liqa mərhələsində ilk məğlubiyyətlə üzləşib.





































































