Azərbaycan II Liqasında VI turun “Şəmkir” – “Qaradağ Lökbatan” oyununda ciddi insident baş verib.
Sportnet.az-ın məlumatına görə, meydan sahiblərinin azarkeşləri yolverilməz hərəkətlərə əl atıblar.
Qarşılaşma zamanı onlar meydançaya kənar əşyalar atıb və hakimləri təhqir edib, matçın ardından isə meydançaya daxil olublar.
AFFA İntizam Komitəsi bu hallarla əlaqədar tədbirlər görüb.
Azarkeşlərinin meydançaya daxil olmaları halı cari mövsümdə 2-ci dəfə yaşandığına görə “Şəmkir” 500 manat cərimə edilib.
Meydançaya kənar əşyaların atılması kluba 200 manat, hakimlərin təhqir edilməsi isə 500 manat cərimə bahasına başa gəlib.
Qeyd edək ki, "Qaradağ Lökbatan"la oyunda "Şəmkir" 0:1 hesabı ilə uduzub. Matçın ardından Vüqar Nadirov istefa verib.







































































