 
"Qarabağ"ın UEFA Çempionlar Liqasının IV turunda İngiltərənin "Çelsi" komandasına qarşı keçirəcəyi oyunun biletləri tükənmək üzrədir.
Klubun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, artıq 27 250 bilet satılıb.
32 000 tamaşaçı tutumuna malik Tofiq Bəhramov adına Respublika stadionu üçün məhdud sayda bilet qalıb. Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər. Qiymətlər isə 10, 15, 25, 35, 40, 50, 75, VIP sektorlar üçün 200, 250, 300 və 400, VVIP sektorlara 1000 manat təşkil edir.
Xatırladaq ki, noyabrın 5-də keçiriləcək "Qarabağ" - "Çelsi" oyunu saat 21:45-də başlanacaq.







 
                 






 
     
     
     
     
     
     
     
     
    
























































