"Çox yaxşı, təşkilatlanmış komandaya qarşı mübarizə aparacağıq".
Sportnet.az-ın məlumatına görə, bunu İngiltərənin "Çelsi" komandasının baş məşqçisi Entso Mareska Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV tur matçından əvvəl onlayn mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis çox vacib oyuna çıxacaqlarını bildirib: "Çünki biz ardıcıl üçüncü qələbəmizi qazanmaq istəyirik".
O, "Qarabağ"dakı həmkarı Qurban Qurbanovun 17 ildir komandanın sükanı arxasında olmasını belə şərh edib: "Hələ belə hal görməmişəm. Bu, inanılmazdır. Eyni klubda 17 il - sadəcə heyrətamizdir".








































































